Doğrudur ki, 1045-ci ildən bəri Erməni yaylasında bütün erməni torpaqları birləşdirən və “Ermənistan” adını daşıyan birgə dövlət yox imiş. O da doğrudur ki, 1828-1830-cu illərdə çar hakimiyyətinin himayəsi ilə Osmanlı imperiyasının və İranın ermənilərin sıx yaşadığı bölgələrindən, eləcə də İranın I Şah Abbas dövründə ermənistanlı ermənilərin məcburi məskunlaşdırıldığı ərazilərindən xeyli sayda erməni ailələr könüllü olaraq Ermənistanın rus hakimiyyəti altında keçmiş ərazilərinə gəlib, İrandakı və Osmanlı imperiyasındakı ermənilərə nisbətən daha yaxşı həyat şəraitləri tapdılar. Azərbaycanda dövlət büdcəsindən maliyyələnən elmi və publisistik təbliğatçılar bu faktlardan istifadə edib, ermənilərin bu yerlərdə qeyri-avtoxton olduğunu sübut etməyə cəhd edirlər. Amma bu nəinki elmi baxımdan əsassızdır, hətta əsas olduğu halda da bugünkü beynəlxalq-hüquqi paradiqmindən heç bir məna daşımır.
Yox, doğru deyil. Bizdə indiyədək I Qarabağ müharibəsindən qalan azərbaycanlı hərbi əsirlər yoxdur.
Bir neçə qrup “ruslar” var. Birinci qrup ruslar artıq SSRİ-nin süqutundan sonra müstəqil Rusiyanın Silahlı Qüvvələrinin hərbi qulluqçuları olan şəxslər idi, ki ölkənin Baş Qərargahın əmrinə əsasən tərəflərdən birinin əleyhinə müharibəyə müdaxilə edə bilirdi. Amma hamımıza məlumdur ki, Rusiya tərəfindən belə müdaxilə heç vaxt olmayıb. İkinci qrup etnik ruslardan ibarətdir ki, 1991-ci ildən etibarən Ermənistan və Azərbaycan vətəndaşı kimi həmin dövlətlərdə yaşayan hərbi vəzifəlilər idilər, və iki tərəfdən də onların müharibədə iştirakı hüquqi baxımdan mümkün sayılırdı. Üçüncü qrup ruslar Rusiya vətəndaşı olanlardan ibarətdir ki, iki tərəfdən də könüllü kimi müharibədə iştirak edə bilirdilər. Bu da beynəlxalq-hüquqi baxımından mümkün sayılır. Və nəhayət son qrup Ermənistanda və Azərbaycanda qalan keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin zabiti olan şəxslər təşkil edirdi. Onlar məvacib alıb hərbi qulluq edirdilər. Bu cür ruslar Ermənistan tərəfində də olub, amma daha çoxu sizin tərəfinizdə olub, çünki Azərbaycanda yerləşdirilən sovet qoşunları daha böyük tərkibli idi, və müvafiq olaraq SSRİ-nin süqutundan sonra sizdə qalan keçmiş sovet hərbçiləri daha çox idi. “Rusların köməyi ilə” amilindən istifadə edib Əliyev propaqandası Azərbaycanın məğlubiyyəti gizlətməyə cəhd edir, çünki həmin məğlubiyyətin əsas günahkarı ən çox rayonlar itirən “Ulu öndər” Heydər Əliyev idi. Əslində müharibə dövründə Rusiya balans siyasəti yürüdüb iki tərəfi də silahlandırırdı, amma müharibənin nəticəsi Ermənistan və Azərbaycan arasında müəyyənləşdirildi.
Əgər soyqırım törətmişiksə, onda sizin hakimiyyətiniz çoxdan beynəlxalq məhkəməyə müraciət etmiş olardı, və səhv etmiriksə, bizdən Ermənistanın ümumi büdcəsindən qat-qat böyük kompensasiya alardı. Nəzərə alsaq, Əliyev propaqandası illər boyu nə qədər xalqı inandırmağa çalışmışdır, indi sizi bu “soyqırım” fikrindən daşındırmaq çox çətindir. Tapın Bakıdakı Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında ya da Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan xocalıları. Onlar Xocalı əməliyyatı günlərində meşə boyunca açılmış azad dəhliz vasitəsilə Ağdama doğru, Naxçıvanikə gediblər. Onları tapıb “o vaxt erməni postları və bizim postlarımız hardan keçirdi?” deyə sorun. Böyük həyəcan və stress içində olduğuna baxmayaraq, hətta qışda pis görünmə şəraitində, onlar, yerli sakin olaraq, yaxşı aşkar etməli idilər kimin postu haradadı və atəş haradan gəlirdi. Buna əlavə, istəyiniz olarsa http://xocali.net saytına keçə bilirsiniz. Bu sayt ermənilər tərəfindən qurulduğuna rəğmən bütün aşkar faktları bir yerdə birləşdirib, sizə onları müqayisə etmə və həqiqəti dərk etmə imkanı verir.
Əfsuslar olsun ki, sizin hakimiyyətiniz illər boyu sizi aldatmışdır, çünki ərazisi 11432 km² olan bugünkü Dağlıq Qarabağ Respublikasının sahəsi keçmiş AzSSR-nın ümumi ərazisinin 20 yox, 13.2 faizi təşkil edir. Bundan daha ağır odur ki, sizin hakimiyyətiniz yenə xalqı aldatmışdır, çünki heç vaxt səmimi şəkildə deməmişdir ki, həmin ərazilərin itirilməsinin əsas günahkarı Heydər Əliyev və onun macəraçı siyasəti idilər. Öz iqtidarını saxlamaq üçün o, əvvəlcə Xalq Cəbhəsinin döyüşçülərini dağıdıb zindanlara atdı, sonra da hələ itirilməmiş ərazilərdən istifadə edib əldən gedənləri geri almağa cəhd etdi, amma əks-hücumumuz nəticəsində onları da verdi. Əgər vaxtında Heydər Əliyev atəşkəs barədə əldə olunan razılıqları saxlasaydı, bugün ən azı Arazkənarı bölgələr və Zəngilan rayonu Azərbaycan tərkibində olardılar.
Doğru deyil. Sovet dövründə hakim olan kommunist ateist dünyagörüşünün nəticəsində xeyli sayda həm erməni, həm də müsəlman abidələri söküldü. Amma Ermənistanın müstəqilliyinin bərpasından sonra ölkədəki müsəlman abidələri dövlət tərəfindən qorunur. Əliyev propaqandası bu “fişka”-nı həyata keçirib sizdə intizar və nigarançılıq yaratmaq və beynəlxalq idarələrində Ermənistanı qınamaq niyyətini reallaşdırır. Amma bu yalandır. Aşağıda Ermənistanda olan bəzi müsəlman abidələrinin günümüzdəki şəkillərini görə bilirsiniz. 1. Ağavnatun türbəsi 2. Aqarak (Əkərək) məscidi 3. Arqavand (Cəfərabad) türbəsi 4. Aşağı Gövhərağa məscidi 5. Aşağı Veysəlli türbəsi 6. Darbnots (Dondarlı) türbəsi 7. Hacı Bədəl körpüsü 8. İrəvandakı Fars məscidi (Göy məscid) 9. Nor Marağa (Qızıl Kəngərli) türbəsi (birinci) 10. Nor Marağa (Qızıl Kəngərli) türbəsi (ikinci) 11. Qarğabazardakı karvansara 12. Qarğabazardakı kilsəyə oxşayan məscid 13. Saatlı məscidi (Sovet dövründə yerli azərbaycanlılar tərəfindən VVAQ kimi istifadə olunub) 14. Tovmasar (Dağ Tumas) türbəsi 15. Vanotsadakı (Cicimli) kilsəyə oxşayan türbə 16. Vardanants (Məmmədbəyli) türbəsi 17. Xaçındərbətli türbəsi 18. Yerkatavork (Dəmirçilər) türbəsi 19. Yuxarı Gövhərağa məscidi 20. Zorakert (Balıxlı) məscidi və ətrafındakı qəbiristanlıq
Məmurlarınız yalan deyirdilər. Erməni tərəfi Talışın şimali mövqelərindən birinə hücum edən və əks-hücumumuz nəticəsində məhv edilmiş hərbçilərinizin meyitlərinin şəkillərini təqdim etmişdir. Məsələn, qoyduğumuz şəkillərdən şəhid Qabil Orucəliyevin qohumları özləri onu tanımışlar. Bundan başqa, Talışda çəkilən şəkillərdə erməni dövlət nömrə nişanlı maşın görünür və həmin fakt sizin saytlarınızdan biri də aşkar edib. Bizdə olan şəkillərdə şəhid hərbçilər Ravil Novruzovun, Pəncəli Teymurovun, Murad Mirzoyevin və Adil Adilzadənin meyitlərini də müəyyən etmişik, amma şəhidlərin ailələrinin duyğularına hörmət edərək paylaşmaqdan vazkeçirik.
Aprel döyüşlərinin intensiv “artilleriya müharibəsinin” bir neçə günlərində ümumilikdə cəbhəyanı 3 kəndlərimizdən (Talış, Madaqiz, Aşağı Horatağ) əhalinin bir hissəsi kənddən yaxın kəndlərə gedib yenə qayıtdı. Həmin günlərdə eynisi də sizdə Tərtər və Ağdam rayonlarının Tap Qaraqoyunlu, Qaraağacı, Kəngərli, Qapanlı, Qaradağlı, Çəmənli, Zəngişalı, Əfətli, Mahrızlı kəndlərində və qismən məhz Tərtər şəhərində baş verirdi.
Dördgünlük müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri cəbhənin cənubi istiqamətində təkcə Lalə İlahi təpəsi, şimali istiqamətində isə bir neçə döyüş məntəqələrini əldə keçirib. İlkin planınıza əsasən Talış, Madaqiz kəndləri və Seysulan adlandırılan ərazisini də almalıydınız, amma əks-hücumumuz nəticəsində bacara bilmədiniz.
Ermənistanın Silahlı Qüvvələrində nəinki PKK, hətta ümumiyyətlə heç bir xarici döyüşçü savaşmır. Siz hər zaman bu mifi israr edə bilirsiniz, biz də israr edə bilirik ki, sizin sıralarınızda kolumbiyalı “FARC”-ın, Nigeriyalı “Boko Haram”-ın və Filippindəki “Əbu Səyyaf”-ın döyüşçüləri var, amma bundan heç birimizin iddiası düz olmur və reallıq dəyişmir.
Bilmirik. Bizimkilər sizin atəşkəs istədiyinizi, sizinkilər isə “ermənilər xahiş edib” kimi iddia edirlər. Prosesin dəqiq necə getdiyini yalnız danışıqlarda bilavasitə iştirak edən ikişər-üçsər dövlət adam bilir. Amma əsas etibarilə bu heç önəmli bir məsələ deyil. Önəmli olanı odur ki, illər boyunca Əliyev höküməti sizə söz verirdi ki, “lazım gəlsə” torpaqları işğaldan azat etməyə hazırdılar, amma “lazım” gəlincə iki təpədən başqa heç nə azad edə bilmədilər.
Doğru deyil. Ordumuzdakı vəziyyəti elə təqdim etmək Əliyev propaqandasının mənfəətlərinə uyğundur, amma elədirsə, onda intizamsız orduya qarşı savaşıb yüzlərlə şəhid verəndən sonra sadəcə ümumilikdə bir neçə post almaq hakimiyyətiniz üçün sözün tam mənasında daha ağır biabırçılıqdır.
Əslində heç bir xalq müharibə istəmir, və biz də istisna deyilik. Azərbaycanda Əliyev propaqandasına inanaraq “II Qarabağ müharibəsini” və “Ali Baş Komandanın əmrini” gözləyənlərin olduğuna baxmayaraq, yenə ümumi olaraq sizin xalqınız da müharibə istəmir. Qarabağda xidmət etməyə gəlincə, deyə bilirik ki, bizdə Azərbaycanda olduğu kimi, əlbəttə Qarabağdakı “post saxlayan” hərbi hissələrdə xidmətçəkmə obyektiv olaraq daha çətindir, və aydındır ki, bəzi çağırışçılara və onların valideynlərinə bu ağır gəlir. Bu, normaldır.
Yox, elə deyil. Ermənilər arasında azərbaycanlılara həm normal yanaşan, həm laqeyd olan, həm də oğlunu itirən azərbaycanlı anasına yazığı gələnlər var. Bunun səbəbi odur ki, nifrət, elmi baxımdan bir ictimai konstrukt olaraq, ilk növbədə qərarverənlər tərəfindən siyasi səthdə yaranır. Bu cəhətdən Azərbaycana nisbətən Ermənistanda dövlət tərəfindən azərbaycanlılara qarşı düşmənçilik hissi təbliğ olunmur.
Doğru deyil. Bizi inanmaq üçün azərbaycanlı propaqandadan xaric başqa bir nüfuzlu və azad sayılan mənbələrdə – ekspert təhlili ya da azad monitorinq qrupunun həsabatı – elə bir fakt tapmağa çalışın. Tapsanız, onda elədir.
Doğru deyil. Bizi inanmaq üçün azərbaycanlı propaqandadan xaric başqa bir nüfuzlu və azad sayılan mənbələrdə – ekspert təhlili ya da azad monitorinq qrupunun həsabatı – elə bir fakt tapmağa çalışın. Tapsanız, onda elədir.